ABŞ Dövlət Departamenti Rusiya əsilli İsveçrə vətəndaşı olan iş adamı Vladislav Osipovun həbsinə və ya məhkum edilməsinə səbəb ola biləcək məlumatlara görə 1 milyon dollar ödəməyə hazır olduğunu açıqlayıb.

"Unikal" xəbər verir ki, bu barədə "Amerikanın Səsi" məlumat yayıb.

Dövlət Departamenti Osipovun başına qoyulan məbləği onun transmilli mütəşəkkil cinayətkarlıqda iştirakını sübut edənlərə verəcəyini vəd edib. 

Pul "Transmilli Mütəşəkkil Cinayətkarlığın Mükafat Proqramı" (TOCRP) fondundan ödəniləcək.

Ağarza Elçinoğlu