"Unimetal" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində cərimə protokolu tərtib olunub.
"Unikal"ın məlumatına görə, cərimə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsinə əsasən tətbiq edilib.
Protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. İşə hakim Hafiz Kamranovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, bu inzibati xətaya görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
Onu da vurğulayaq ki, "Unimetal" MMC regionda metal məmulatlarının istehsalı və satışı ilə məşğul olan ən böyük şirkətlərdən biridir.
Murad İbrahimli