Moldova prezidenti Maya Sandu milli təhlükəsizliyə təhdiddir, ona görə də müxalifət ölkə rəhbərliyinə qarşı birləşməlidir.

"Unikal" xəbər verir ki, bunu Moldovanın keçmiş lideri İqor Dodon "Telegram"da yazıb. 

"Moldova tərəfdarı olan, burada valideynləri və uşaqları olan, mənim kimi qohumları burada dəfn edilən hər kəsi dar siyasi ambisiyalarını bir kənara qoyub bu hakimiyyətə qarşı birləşməyə çağırıram. Əks halda, biz sadəcə olaraq ölkəsiz qalacağıq”, - Dodon bildirib.

Keçmiş prezident mövcud hakimiyyətdən demokratik yollarla qurtulmaq üçün hər şeyi etməyi zəruri hesab edir. O, bu il ölkədə prezident seçkilərinin keçiriləcəyini xatırladıb. “Əgər bunu demokratik yolla vermirlərsə, səsvermə hüququnu oğurlayırlarsa, saxtalaşdırırlarsa, deməli, başqa cür hərəkət etmək bizim əlimizdədir. Mən heç kimi qorxutmaq istəmirəm”, - deyə o əlavə edib.

Gülayə Mecid