"İtaliyanın baş naziri Giorgi Meloninin başında problem var". 

"Unikal" xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib. 

O, Ukraynada davam edən müharibə ilə bağlı baş nazirin sözlərini belə şərh edib: "Qərb ölkələrində hakimiyyətdə olan axmaqların sayı günü-gündən artır. Bunlar başla bağlı bəzi xüsusi problemlərdir". 

Qeyd edək ki, Meloni bir gün əvvəl deyib ki, Rusiya Ukrayna ərazisində xüsusi hərbi əməliyyata (SVO) başlamasaydı, Fələstinin HƏMAS radikal hərəkatı İsrailə hücum etməzdi.

Ağarza Elçinoğlu