"Ermənistanın İran və Türkiyə ilə sərhədləri keçmiş SSRİ sərhədləridir və bu ərazini hazırda Rusiyanın sərhəd qoşunları qoruyur".

"Unikal" xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev sosial şəbəkə hesabında yazıb. O bildirib ki, Ermənistandan rus sərhədçilərinin çıxarılması Türkiyə və İranın Ermənistanla sərhədlərinin delimitasiya və demarkasiyasını tələb etməsi ilə nəticələnək:

"Azərbaycan tərəfi də eyni tələblərlə Ermənistanı divara dirəyib. İrəvan Azərbaycan ilə münasibətləri normallaşdırsa belə yaxın illərdə Ermənistan digər qonşuların təzyiqi altında olacaq. Fransa isə nə Azərbaycana, nə Türkiyəyə, nə Rusiyaya, nə da İrana qarşı birbaşa və dolayı təsir mexanizmlərinə malik olmadığı üçün İrəvana yardım edə bilməyəcək. Başqa sözlə desək, Ermənistan artıq menyuya daxil edilib. Amma Rusiyaya qarşı Nikol Paşinyanın fəaliyyəti davam edərsə, menyuda olan Ermənistanı adı çəkilən ölkələr yarımfabrikat halda həzm edə bilərlər".