İngiltərə Liqa Kubokunun qalibi məlum olub.

"Unikal" xəbər verir ki, həlledici matçda "Çelsi" və "Liverpul" komandaları üz-üzə gəliblər.

Əsas vaxtı qolsuz heç-heçə ilə yekunlaşan matçın qalibi əlavə dəqiqələrdə müəyyənləşib. Görüşün 118-ci dəqiqəsində Mersisayd təmsilçisinə kuboku gətirən qolu Vircil Van Deyk vurub.

Bununla da "Liverpul" komandası tarixində 10-cu dəfə Liqa Kubokunun sahibi olub.