Dünyanın ən güclü ailələrindən olan Rotşildlər ailəsinin indiki baronu Lord Yakob Rotşild 87 yaşında vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə BBC məlumat yayıb. 

Rotşild yəhudi adətinə uyğun olaraq “kiçik ailə mərasimi” ilə dəfn ediləcək. Daha sonra onun şərəfinə xatirə abidəsi ucaldılacaq.

Yakob Rotşild Berkşirdə anadan olub. O, Eton Kollecində və Oksfordda təhsil alıb. Yakop karyerasına 1963-cü ildə ailə bankı "NM Rothschild & Sons"da başlayıb.

Bildirək ki, Rotşildlər sülaləsi 18-ci əsrdən bankçılıqla məşğuldur.

Gülayə Mecid