İranda siyasi məhbus Şahin Gölehdari Urmiya həbsxanasında intihar edərək həyatına son qoyub.

"Unikal" xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb. 

Həbsxana rəsmiləri 46 yaşlı məhbusun bazar günü gecə özünü öldürdüyünü açıqlayıb.

Məhbusun cənazəsi Urmiya Tibbi Ekspertizasına göndərilib. 

Qeyd edək ki, Gölehdari 2019-cu ildə Urmiya İnqilab Məhkəməsinin üçüncü şöbəsi tərəfindən "milli təhlükəsizliyə qarşı fəaliyyət" ittihamı ilə azadlıqdan məhrum edilib.

Ağarza Elçinoğlu