İngiltərə Premyer Liqasında maliyyə feyr-pley qaydalarını pozduğu üçün xalları silinən “Everton” klubunun cəzası yüngülləşib.
"Unikal" xəbər verir ki, Liverpul təmsilçisinin apellyasiya şikayətindən sonra komandanın dörd xalı geri qaytarılıb.
Bununla da “mavilər” turnir cədvəlində 17-ci pillədən 15-ci yerə yüksəlib.
Qeyd edək ki, Premyer Liqa rəhbərliyi ötən il noyabrın 17-də “Everton”un 10 xalını silib.