ABŞ-ın keçmiş prezidenti Donald Tramp bu ilin noyabrında keçiriləcək seçkidə qalib gələcəyi təqdirdə ölkə sərhədini dərhal bağlayacağına söz verib.

"Unikal" xəbər verir ki, o, bununla da miqrant "işğalını" dayandıracağını deyib. 

Onun sözlərinə görə, elə ilk gün qeyri-qanuni cinayətkarların deportasiyası üzrə Amerika tarixində ən böyük əməliyyat başlanacaq.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp dələduzluq işi üzrə məhkəmə qərarından apellyasiya şikayəti verdiyini , ona görə 454 milyon dollar ödəməli olduğunu bildirmişdi. Hakimin qərarından Nyu-York ştatının Ali Məhkəməsinə apellyasiya şikayəti verilmişdi.