“Xocalıya ədalət, ilk növbədə, o zamankı Ermənistanın dəhşətli siyasətinin nəticəsi olan günahsız mülki qurbanların xatirəsinə ehtiramdır”
"Unikal" xəbər verir ki, bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko deyib.
O, bildirib ki, Xocalıda dəhşətli soyqırımı aktını törədən hərbi cinayətkarlar qanun qarşısında cavab verəcəklər.
Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpası məsələsində ədalət ikinci Qarabağ müharibəsinin nəticələri, eləcə də 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri sayəsində zəfər çalıb: “Bu gün ölkə səmərəli şəkildə inkişaf edir. Müharibənin yaraları sağalır, məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıtması üçün genişmiqyaslı proqram qəbul edilib”.