“Nə üçün Azərbaycanda qida zəhərləməsi dünya göstəricisindən 700 dəfə azdır? Statistikanı gizlətməklə nə demək istəyirlər?"

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib.

Uzunömürlülük cədvəlində Azərbaycan 190 ölkədə arasında 115-dən geridədir. Bunun səbəbi araşdırılmır. Onkoloji xəstəliyi törədən səbəbləri araşdırmaq lazımdır. Ölkədə niyə bu qədər aptek var? Niyə bu qədər insan kliniklarda növbəyə dayanıb? Bunların hamısı istehlakçı hüquqlarından qaynaqlanan məsələlərdir. Bizdə bunun təhqiqatı getmir. Yaşıl marketlər açılması ilə bağlı təklifi var idi, amma yerinə yetirilmədi. “Ekoloji təmiz kənd təsərrüfatı” haqqında qanunu ləğv edirlər. Bu sizin də masanıza gəlib çıxacaq. Qanunu yerinə yetirə bilmirlər, belə olan halda qanunu nə üçün ləğv edirlər?”

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc isə bildirib ki, qanunun ləğvi ilə bağlı sənəd artıq gəlib.

Anar Kəlbiyev