İsrail ordusunun Qəzza şəhərinin cənub-qərbində kömək gözləyən mülki şəxslərə qarşı həyata keçirdiyi hava hücumunda ölənlərin sayı 112-yə yüksəlib.

"Unikal" xəbər verir ki, hücumda indiyədək 760 nəfər yaralansa da, Fələstin Səhiyyə Nazirliyi hələ də tapılmayan cəsədlərin olduğunu açıqlayıb.
Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra İsrail ordusunun Qəzza şəhərinin cənub-qərbində yardım gözləyən dinc sakinlərə açdığı atəşdə həyatını itirənlərin sayının 112-yə yüksəldiyini açıqlayıb.

Qəzza hökuməti açıqlamasında, İsrailin humanitar yardım gözləyənlərə hücumunun "qəsdən və planlı" olduğunu vurğulayaraq, "İşğal ordusu bu insanların bölgəyə humanitar yardım almaq üçün gəldiyini bilirdi, lakin onları soyuqqanlıqla öldürdülər" deyib.

16:29

İsrailin Qəzzanın cənubunda yardım maşınlarına atəş açması nəticəsində 104 nəfərin ölüb, 760 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə Fələstin administrasiyası məlumat yayıb.

*** 14:30

Oktyabrın 7-dən Qəzzaya hücum edən və onu qan gölünə çevirən İsrail ordusu 30 mindən çox fələstinlini qətlə yetirib.

"Unikal" xəbər verir ki, bölgədə daha bir qan donduran hadisə yaşanıb. Belə ki, İsrail yardım gözləyən qəzzalıları atəşə tutub. İnsident nəticəsində azı 70 nəfər həlak olub, 250 nəfər isə yaralanıb.

Zərifə Nağıyeva