Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Xosep Borell Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Şurasının 55-ci Sessiyasında beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasının müzakirə edilməli olduğu mesajını verib.
"Unikal" xəbər verir ki, Borell "X" hesabında BMT İnsan Hüquqları Şurasının 55-ci Sessiyası üçün videomüraciət paylaşıb.
Ukrayna və Qəzzadakı vəziyyətə görə bu il sessiyanın pis bir anda başladığına diqqət çəkən Borell qeyd edib: "Müharibələrin ilk qurbanı insan haqlarıdır".
Borell bunun Ukraynada, ən pis formada isə Qəzzada göründüyünü xatırladıb və Aİ-nin əvvəldən tərəfləri beynəlxalq hüquqa riayət etməyə çağırdığını bildirib.
"Sadəcə çağırış etmək və qınamaq kifayət deyil. Beynəlxalq hüququn pozulmasına görə məsuliyyət daşıyanlar cavab verməlidir", - deyə Borell vurğulayıb.
"Bu görüş müharibə cinayətləri və beynəlxalq humanitar hüququn ciddi pozuntularını həll etmək üçün əsas forumdur", - o əlavə edib.