"Təəssüf ki, bələdiyyələr ilk yarandığı dövrdə insanların beynində torpaq satan qurum kimi qalmışdı. Bunu bəlkə də bələdiyyənin yaşı ilə bağlamaq olar. Bələdiyyələrin bəlkə də ən sonuncu funksionallığı torpaq satmaq ibarətdir".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deputat Elşən Musayev deyib.

Deputatın sözlərinə görə, bələdiyyələrin elə bir vəzifələri, hüquqları var ki, illər sonra bələdiyyələr həmin hüquqlara fokslanmağa başladılar:

"İslahatlar bundan sonra da davam edəcək. Bələdiyyələr dünyanın hər bir yerində olduqca hörmətli qurumdur. Əsas prioritetlərdən biri odur ki, Azərbaycan bələdiyyələri bizim arzuladığımız qədər güclü və hörmətli olsunlar."

Anar Kəlbiyev