Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidovun müvafiq əmri ilə Şahbuz Rayon Mədəniyyət Şöbəsinin müdiri Mübariz Əli oğlu Əliyev işdən azad olunub.

"Unikal" xəbər verir ki, əmrə əsasən, Mübariz Əliyev Şahbuz Rayon Uşaq Musiqi Məktəbinin direktoru təyin edilib.

Şahbuz Rayon Mədəniyyət Şöbəsinin müdiri vəzifəsinin icrası müvəqqəti olaraq Şöbənin məsləhətçisi Səfərov Elvin Eldəniz oğluna həvalə edilib.

*** 12:25

Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidovun müvafiq əmri ilə Culfa Rayon Mədəniyyət Şöbəsinin müdiri Pərvin Xudaverdi oğlu Həsənov işdən azad olunub. 

"Unikal" xəbər verir ki, Culfa Rayon Mədəniyyət Şöbəsinin müdiri vəzifəsinin icrası müvəqqəti olaraq Culfa Şəhər Uşaq Musiqi Məktəbinin müəllimi Hüseynli Füzuli Cabbar oğluna həvalə edilib.