Məlum olduğu kimi, UEFA Avropa Liqasının 1/8 final mərhələsində Bakıda “Qarabağ” və “Bayer” komandaları arasında keçiriləcək ilk oyunun biletləri bu gün saat 12:00-da "iticket.az" saytında satışa çıxarılıb.

"Unikal" xəbər verir ki, biletlər satışa çıxarılan kimi sayt çöküb, biletləri almaq mümkün olmayıb. İstifadəçilər dəfələrlə cəhd etəsələr də, saytdan bilet ala bilməyiblər.

Bundan əlavə, bəzi istifadəçilər hətta onların kartlarından pul çıxıldığını, lakin "iticket.az" tərəfindən biletlərin onlara təqdim edilmədiyini bildirirlər.

Onlar "iticket.az"ın "Facebook" sosial şəbəkəsində hesabında qeyd ediblər ki, müştərilərə nə pul geri qaytarılıb, nə də biletləri e-mail ünvanlarına göndərilib.

Onu da qeyd edək ki, istifadəçilərin sözlərinə görə, hazırda sözügedən saytın qaynar xətti də zənglərə cavab vermir.

Seymur Əli