"Kapital Bank" digər banklarda kredit öhdəliyi olan müştərilər üçün "Refinans" kredit imkanını təqdim edir.
"Unikal" xəbər verir ki, bu xidmətdən faydalanmaqla müştərilər digər banklarda olan kredit öhdəliyini "Kapital Bank"a gətirməklə kredit faizlərini aşağı salmaq və aylıq ödənişlərin həcmini azaltmaq imkanı əldə edirlər.
Bu kredit imkanı çərçivəsində "Kapital Bank" və ya istənilən digər bankdan əməkhaqqı, yaxud təqaüd alanlar maksimum 50 000 manatadək nağd pul kreditini 59 ayadək müddətə əldə edirlər. Fürsətdən yararlanmaq istəyənlər ən yaxın Kapital Bank filialına yaxınlaşa bilərlər.
Ətraflı məlumat üçün: https://kbl.az/hrrh
Ölkənin birinci bankı olan "Kapital Bank" PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.