Ekvador hakimiyyəti Meksikanın Kitodakı səfirliyindən diplomatik nümayəndəliyin binasında gizlənən Ekvadorun keçmiş vitse-prezidenti Xorxe Qlası həbs etmək üçün polisə icazə verməsini xahiş edib.

"Unikal" xəbər verir ki, bu barədə Cənubi Amerika ölkəsinin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Biz təsdiq edirik ki, Xarici İşlər Nazirliyi diplomatik kanallar vasitəsilə Meksika səfirliyindən hüquq-mühafizə orqanlarına bu diplomatik nümayəndəlikdə olan vətəndaş Xorxe David Qlas Espinelin həbsi ilə bağlı məhkəmə qərarının icrasının həyata keçirilməsi üçün icazə istəyib”- deyə nazirliyin X sosial hesabında bildirilib.

Xarici İşlər Nazirliyinin sorğusuna səfirliyin cavabı hələ ki, məlum deyil.

Xatırladaq ki, 2023-cü ilin dekabrında Meksika Xarici İşlər Nazirliyi Qlasın ölkənin Quitodakı səfirliyindən sığınacaq istəyib. Ekvadorun keçmiş vitse-prezidenti korrupsiya işində ittiham olunur. Qlas artıq 2017-ci ildən 2022-ci ilə qədər həbsdə olub.