Kensinqton sarayı Uels şahzadəsi Keyt Middltonun komada olması ilə bağlı şayiələrə münasibət bildirib.

"Unikal" "Voyager"ə istinadən xəbər verir ki, bundan əvvəl şahzadənin ağır xəstə və ya komada olması ilə bağlı məlumatlar paylaşılırdı. 

"Bu, tamamilə uydurmadır", - deyə şahzadənin nümayəndəsi açıqlamasında bildirib. 

Qeyd edək ki, bu, Keyt Middltonun xəstəliyi ilə bağlı şayiələr barədə saray tərəfindən ikinci təkzibdir.

Nuranə Abbasova