Yutuber Yevgeni Eqorov Rusiyanın Təhlükəsiz İnternet Liqasının rəhbəri Yekaterina Mizulinanın şikayətindən sonra saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə "Baza" teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, 23 yaşlı yutuberə qarşı nalayiq ifadələr işlətmə maddəsi ilə cinayət işi açılıb. Müstəntiqlərin fikrincə, bloger yutub və teleqramda zorakılıq və qeyri-ənənəvi cinsi əlaqə səhnələri olan videolar yerləşdirib.