Türkmənistan 2024-cü ildə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ola bilər.
"Unikal" xəbər verir ki, bu barədə Türkmənistanın Xalq Məsləhətinin (Xalq Şurasının) rəhbəri Qurbanqulu Berdiməhəmmədov Antalyada keçirilən üçüncü Diplomatik Forumdan sonra jurnalistlərə bildirib.
"Bu il ölkəmizdə böyük türkmən şairi və mütəfəkkirinin anadan olmasının 300 illik yubileyini qeyd edirik. Məqtimqulu Fraqiyə həsr olunmuş zirvə toplantısında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək. Ola bilsin ki, bu sammitdə Türkmənistan Türk Dövlətləri Təşkilatına üzv olsun", - deyə Berdiməhəmmədov vurğulayıb.
Ağarza Elçinoğlu