Kəlbəcər və Laçından könüllü şəkildə getmiş ermənilər İrəvanda etiraz aksiyası keçirir.
"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, etirazçılar hökumət binası qarşısında toplanıb.
Onlar dövlətin verdiyi arayışlarla mənzil ala bilmədiklərindən şikayətlənirlər.
Laçında yaşamış Naira Beqoyan bildirib ki, hazırda kirayədə qalır: "Heç kimdən dəstək almamışıq. Bizə arayış verilib, indi banklardan tələb edirik ki, o arayışla mənzil ala bilək. Sabah nəvələrimi əsgərliyə çağıracaqlar, buraxmaram, dövlət mənə heç nə etmirsə, mən niyə dövlət üçün bir şey edim? Statusu çıxarsınlar, gedək Rusiyaya. 9 ailəni də özümlə aparacam, Ermənistan boş qalsın".
Ağarza Elçinoğlu