İranda 2023-cü ildə ən azı 834 nəfər edam edilib.

"Unikal" xəbər verir ki, bu barədə İnsan haqları təşkilatları məlumat yayıb. 

Qeyd olunub ki, bu rəqəm 2015-ci ildən bəri ən yüksək göstəricidir. 2022-ci illə müqayisədə isə edamların sayı 43% artıb.

Ümumiyyətlə, 2010-cu ildən bəri təşkilatların hesablamalarına görə, İranda 8 minə yaxın insan edam edilib.

Ağarza Elçinoğlu