Böyük Britaniya biznesmen və “Itera” qrupunun qurucusu İqor Makarovu sanksiyalar siyahısından çıxarıb.

"Unikal" xəbər verir ki, bu barədə krallıq hökumətinin saytında məlumat yer alıb.

Makarov keçən il Kipr vətəndaşlığının xeyrinə Rusiya vətəndaşlığından imtina edib. 2023-cü ildə iş adamı 2,2 milyard dollar sərvətlə Rusiyanın ən varlı milyarderləri reytinqində 57-ci yeri tutmuşdu və hazırda Forbes-in məlumatına görə, o, ən varlı kiprlilər siyahısında beşinci yerdədir.

2022-ci ildə Kanada və Böyük Britaniya Makarova qarşı sanksiyalar tətbiq edib.

Bu, Böyük Britaniyanın bir rusiyalıya qarşı məhdudiyyətləri qaldırması ilk dəfə deyil. Ötən ilin yayında Tinkoff Bankın keçmiş sahibi Oleq Tinkov, həmçinin Sberbank sədrinin keçmiş birinci müavini Lev Xasisdən sanksiyalar götürülüb.