İsrail ordusunun Qəzza zolağına hücumlarında daha bir jurnalisti öldürdüyü bildirilib.

"Unikal" xəbər verir ki, mövzu ilə bağlı Qəzza hökumətinin Media Ofisindən yazılı açıqlama verilib. Açıqlamada, Qəzzadan yayımlanan Əl-Əqsa televiziyasının spikeri və jurnalisti olan Məhəmməd Səlamənin İsrailin Qəzzanın mərkəzi hissəsindəki Deyr əl-Belah şəhərində evə edilən hücum nəticəsində öldüyü bildirilib.

Qeyd edək ki, İsrail ordusunun 7 oktyabr 2023-cü ildən bəri hücumlarını davam etdirdiyi Qəzza zolağında öldürülən jurnalistlərin sayı 133-ə yüksəlib.

Zərifə Nağıyeva