“Amazon”un yaradıcısı Ceff Bezos “Bloomberg” qlobal milyarderlər indeksində yenidən birinci yeri tutub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, reytinqə görə, Bezosun sərvəti hazırda 200 milyard dollar qiymətləndirilir.

2024-cü ildə Ceff Bezos dünyanın ən varlı adamları reytinqində "SpaceX"in sahibi İlon Maskı və LVMH-nin Direktorlar Şurasının sədri Moet Hennessy – Louis Vuitton Bernard Arnonu keçə bilib. Onların xalis sərvəti hazırda müvafiq olaraq 198 milyard və 197 milyard dollardır.

Sonuncu dəfə 60 yaşlı Ceff Bezos "Bloomberg"in reytinqinə 2021-ci ildə başçılıq etmişdi. Daha sonra liderlik mövqeyini onun sərvəti "Tesla" şirkətinin səhmlərinin qiymətlərinin artması sayəsində artan İlon Mask təmin edib. Bununla belə, "Tesla" səhmləri 2024-cü ildə 24% ucuzlaşıb.

Gülayə Mecid