Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi Rusiya prezidenti Vladimir Putinlə Zaporojye atom elektrik stansiyası və digər məsələlər barədə mühüm söhbət etdiyini bildirib.

"Unikal" xəbər verir ki, bu barədə o, X hesabında yazıb. 

"Soçidə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə Zaporojye AES-in nüvə və fiziki təhlükəsizliyi və digər qlobal yayılmama çağırışları ilə bağlı mühüm fikir mübadiləsi apardıq", - deyə Qrossi qeyd edib. 

*** 13:15

Rusiya Prezidenti Vladimir Putin Soçidə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi ilə görüşəcək.

"Unikal" xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat yayıb. 

"Putin Soçidə AEBA-nın baş direktoru Qrossini qəbul edəcək. Qrossi və “Rosatom” rəhbəri təmasları barədə Rusiya prezidentinə məlumat verəcəklər” – deyə Peskov qeyd edib.