Ukrayna prezidenti Volodimir Zelenski 2023-cü ildə hərbçilərini Sudana göndərib. Buna səbəb isə Sudanda Suveren Şurasının sədri Əbdülfəttah əl-Burhan və Çevik Hücum Qüvvələrinin rəhbəri Məhəmməd Həmdan Dağlo arasında münaqişəyə başlaması olub. 

"Unikal" xəbər verir ki, bubarədə mənbələrə istinadən "The Wall Street Journal" məlumat yayıb. 

"Kiyev xüsusi əməliyyat başlayandan qısa müddət sonra Ukraynaya silah tədarük etməyə başladığı iddia edilən əl-Burhana kömək etmək qərarına gəlib", - KİV yazıb.

Bundan əlavə, məqalədə Ukrayna qoşunlarının Sudana göndərilməsinin Rusiyaya qarşı “yeni cəsarətli təşəbbüs, strategiyanın bir hissəsi” olduğu bildirilir.

Kiyevin belə bir qərarı, jurnalistlərin qeyd etdiyi kimi, “Qərbin Ukraynaya dəstəyinin tərəddüd etdiyi bir vaxtda əhəmiyyətli siyasi risklə bağlıdır”.

Gülayə Mecid