Şahmatçı və siyasətçi Harri Kasparov terrorçu və ekstremistlər siyahısına daxil edilib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın Maliyyə Monitorinqi üzrə Federal Xidmətinin (Rosfinmonitorinq) saytında məlumat verilib.
Kasparov ekstremist fəaliyyətdə və ya terrorda iştirakı barədə məlumatı olan şəxslər və təşkilatlar siyahısına daxil edilib. Rusiya qanunvericiliyi bu vətəndaşlara və təşkilatlara qarşı sanksiyalar nəzərdə tutur - banklardan vəsaitlərini dondurmaq və xidmətləri dayandırmaq tələb olunur.
20 may 2022-ci ildə Rusiya Ədliyyə Nazirliyi Kasparovu “xarici agent funksiyalarını yerinə yetirən” şəxslər siyahısına əlavə edib.