Əlverişsiz hava şəraiti ilə əlaqədar “Yuxarı Lars” beynəlxalq keçid məntəqəsi vasitəsilə Gürcüstandan Rusiyaya gedən yol yük maşınları üçün bağlanıb.

"Unikal" xəbər verir ki, bu barədə "Sputnik Ermənistan"a Ermənistanın Rusiyadakı səfirliyinin gömrük attaşesi Vaan Akopyan məlumat verib.

"Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsində güclü qar səbəbindən keçid qadağan edilib. Keçid avtomobillər üçün açıqdır", - deyə o qeyd edib.

Xatırladaq ki, bu yol Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yoludur. Pis hava şəraitinə görə vaxtaşırı bağlanır.