Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus helikopter Meksika körfəzində qəzaya uğrayıb.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər itkin düşüb.
"Hava gəmisində olan səkkiz nəfərdən üçü xilas edilərək xəstəxanaya yerləşdirilib", - məlumatda deyilir.
İtkin düşənlərin axtarışı davam edir.