Argentinada narkotik alverçilərinin saxlandığı həbsxanaya polis basqın edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ölkənin Sante-Fe əyalətindəki həbsxanada baş verib.

Bir çox cinayətlərdə iştirak edən, bəziləri cinayət lideri olan dəstə üzvlərinin saxlanıldığı Pinero həbsxanasında axtarışlar aparılıb. Bu vaxt dustaqlar yarıçılpaq, əlləri arxadan bağlanaraq diz çökdürülüb. Bəzi kameralarda isə kəsici alətlər tapılıb. Cinayətkarlar nəzarət məqsədilə “X-Ray” cihazından da keçirilib.

Zərifə Nağıyeva