ABŞ-nin keçmiş prezidenti Donald Tramp hazırkı lider Co Baydeni debata dəvət edib.

"Unikal" xəbər verir ki, bu barədə siyasətçi "Trurh" sosial səhifəsində yazıb.

"Co Bayden və mənim Amerika və Amerika xalqı üçün çox vacib olan məsələləri müzakirə etməyimiz ölkəmizin rifahı üçün vacibdir. Ona görə də müzakirə tələb edirəm. İstənilən vaxt, istənilən yerdə", - Tramp qeyd edib. 

Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrda keçiriləcək.

Ağarza Elçinoğlu