ABŞ-nin keçmiş prezidenti Donald Tramp özünün “Truth Social” sosial şəbəkəsində hazırkı dövlət başçısı Co Baydenin faşistlər və kommunistlərin əhatəsində olduğunu yazıb.

"Unikal" xəbər verir ki, o əlavə edib ki, Ağ Ev rəhbərini işdən çıxarmağın vaxtı çatıb.

“Siz çox pul itirirsiniz, çünki bu insanlar nə etdiklərini bilmirlər. Bütün bunları korrupsioner Co və onu əhatə edən insanlar - radikal sol marksistlər, faşistlər, kommunistlər və sosialistlər təhrik edirdi. Ölkəmizi əvvəllər heç vaxt görmədiyimiz insanlar idarə edir”, - deyə Tramp yazıb.