Antalyada keçirilən diplomatik forum çərçivəsində Ermənistan və Rusiyanın nümayəndə heyətləri arasında görüş baş tutmayıb. 

"Unikal" xəbər verir ki, bu barədə erməni politoloq Armen Petrosyan açıqlayıb. 

Onun sözlərinə görə, ikitərəfli münasibətlərdə dərin böhran var: "Rusiya xarici işlər nazirinin Antalyadakı çıxışında Qafqaz mövzusuna və xüsusilə Ermənistan-Rusiya münasibətlərinin ümumi müddəalarına ayrıca vurğu ilə açıq-aydın istinad edilib. Qərb-Rusiya qarşıdurması kontekstində Ermənistanla münasibətlərin hazırkı durumuna da istinad edilib ki, bununla bağlı müxtəlif mesajlar verilib". 

Petrosyan qeyd edib ki, Ermənistana Rusiya tərəfdən təzyiq göstərmək üçün ən təsirli alət iqtisadi sahədir: "Lakin Rusiyanın problemi Ermənistanı itirməməkdir. Moskvanın istənilən addımı Ermənistanda və Ermənistan vasitəsilə regionda özünün mövcudluğunu təmin etməlidir. Sanksiyalar olarsa, Ermənistana və erməni xalqına qarşı deyil, hakimiyyətin və hakimiyyətin siyasətinə qarşı tətbiq olunacaq". 

Ağarza Elçinoğlu