Husilər gəmi əleyhinə ballistik raket buraxaraq Britaniyaya məxsus yük gəmisini batırıblar. 

"Unikal" xarici KİV-ə istinadən  xəbər verir ki, gəmi təxminən 21 000 ton ammonium sulfat gübrəsi daşıyırdı. 

Hazırda ekoloqlar Qırmızı dənizin ekoloji böhranla üzləşdiyindən qorxurlar: "Ətraf suları həddindən artıq gübrə basması ilə yanaşı, yerli dəniz həyatına təsir edə biləcək neft və kimyəvi çirkləndiricilərin sızması riski də var". 

Greenpeace Yaxın Şərq və Şimali Afrika proqramının direktoru Julien Djreisatinin sözlərinə görə, vəziyyət təcili müdaxilə tələb edir və tezliklə böyük ekoloji böhrana çevrilə bilər. Mühərriklərdən mazut sızması ehtimalı da var və gəminin gövdəsi daha da zədələnərsə, yerli sular minlərlə ton gübrəyə məruz qalacaq.

Qırmızı dəniz mahiyyətcə Avropa və Asiya arasında əsas ticarət yolu olan Süveyş kanalına qapı rolunu oynayır. Oradan çoxlu sayda dəniz tranziti keçir.

Ağarza Elçinoğlu