Son 3-4 il ərzində üzləşdiyimiz bütün çağırışları nəzərə alaraq, Ermənistanda yeni imkanlar fəal şəkildə müzakirə olunur. 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin “TRT World” telekanalına müsahibəsində deyib.

O, Aİ-yə üzvlük perspektivini istisna etməyib: "Aİ-yə daxil olmaq ideyasının da həmin siyahıda olduğunu desəm, sirr açmayacağam. Ermənistan xalqının Avropa istəkləri var və dediyim kimi, biz prosesdən keçirik və prosesin sonunun necə olacağını görəcəyik ki, bu dəqiqə heç kim buna əmin ola bilməz və proqnozlaşdıra bilməz.

Onu da əlavə edim ki, tarixdə ilk dəfə olaraq Avropa İttifaqı regionumuzun təhlükəsizlik məsələlərinə cəlb olunub. Aİ-nin monitorinq missiyası Ermənistanda yerləşir və o, Ermənistanla Azərbaycan arasında sərhədə nəzarət edir. Onu da qeyd etmək lazımdır ki, missiyanın yerləşdirilməsindən sonra sərhəddə gərginlik azalıb və biz missiyanın sabitliyə töhfə verdiyini görürük. Beləliklə, biz tərəfdaşlığımıza yeni istiqamətlər, yeni sahələr götürürük və hələ də prosesin yarısındayıq".

Ağarza Elçinoğlu