Rusiya FSB-nin əməliyyatı zamanı iki Qazaxıstan vətəndaşı ölüb.

"Unikal" xəbər verir ki, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb. 

Faktla bağlı ibtidai araşdırma aparılır: "Rusiya Federasiyasında terror aktı törətmək cəhdi zamanı Rusiya təhlükəsizlik qüvvələri tərəfindən Qazaxıstanın iki vətəndaşının zərərsizləşdirilməsi ilə bağlı məlumatlar KİV-də dərc olunub. Həmin şəxslərin Qazaxıstan vətəndaşı olması və Rusiyada olması təsdiqlənir". 

Yoxlamanın Rusiya FSB ilə sıx təmasda, mövcud əməkdaşlıq kanalları çərçivəsində həyata keçirildiyi vurğulanıb.

Ağarza Elçinoğlu