Türkiyədə FETÖ terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirilib.

"Unikal" xəbər verir ki, bu barədə məlumatı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlayıb.

Bildirilib ki, “Kıskaç-10” kod adı altında aparılan əməliyyatın gedişində FETÖ üzvü olmaqda şübhəli 91 nəfər saxlanılıb.