Ukraynanın öz bayrağı var və başqa bayraq qaldırmayacaq.
"Unikal" xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib.
“Aö bayraqla bağlı biz Vatikanın 20-ci əsrin birinci yarısından strategiyasını bilirik. Mən sizi keçmişin səhvlərini təkrarlamamağa, Ukraynanı və xalqını həyatları uğrunda ədalətli mübarizəsində dəstəkləməyə çağırıram. Bayrağımız sarı və mavidir”, - Kuleba "X" hesabında yazıb.
Qeyd edək ki, Roma Papası Fransisk deyib ki, Ukrayna “ağ bayraq qaldırmağa cəsarət göstərməli” və Rusiya ilə danışıqlara başlamalıdır.