Argentina prezidenti Xavyer Miley dövlət başçısının və ölkənin yüksək vəzifəli şəxslərinin maaşlarının artırılması haqqında fərmanı ləğv etmək qərarına gəlib.

"Unikal" xəbər verir ki, bu barədə Argentina liderinin ofisinin X sosial şəbəkəsində olan rəsmi hesabında məlumat verilib.

Söhbət prezidentin 2024-cü il fevralın sonunda imzaladığı sənəddən gedir. Fərmana əsasən, Mayli və yüksək vəzifəli məmurların maaşları 48% artırılmalı idi.

“Prezident Aparatı bildirir ki, Xavyer Maylinin qərarı ilə prezident, vitse-prezident, nazirlər və katiblər də daxil olmaqla dövlət administrasiyası üçün bütün maaş artımları ləğv ediləcək”, - deyə məlumatda qeyd olunub.

Ramil Zeynallı