Mexikodan 70 km aralıda yerləşən Popokatepetl vulkanı aktivləşərək atmosferə buxar və kül atmağa başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Meksika Milli Fəlakətlərin Qarşısının Alınması Mərkəzi xəbər verib.

"Son 24 saat ərzində 9 püskürmə, həmçinin 1394 dəqiqə yüksək tezlikli və aşağı amplitudalı vulkanik təkan qeydə alınıb", - deyə qeyd olunub.

Məlumata əsasən, vulkanik fəaliyyət su buxarı, kül və müxtəlif qazların atılması ilə müşayiət olunub.

Vulkanoloqlar qeyd edib ki, hazırda təhlükəsiz məsafə vulkanın kraterindən 12 km-dir.