"Liverpul"un baş məşqçisi Yurgen Klopp ötən gün "Mançester Siti" ilə heç-heçə etdikləri (1:1) oyundan danışıb. 

"Unikal" "BBC Sports"a istinadən xəbər verir ki, mütəxəssis komandasının oyunundan razı qaldığını söyləyib:

"İnanılmaz oyun idi. İlk 10 dəqiqədə bir az tələsdik və "Mançester Siti" düzgün hərəkət etdi. Amma sonra ən yaxşı oyunumuzu göstərdik. Bəli, rəqib qapıya zərbə endirdi, amma biz 2-3 qol vurmalıydıq. Meydanda çox gözəl futbol oynanıldı.

Biz öz gücümüzü sübut etdik.  Mübarizə aparacağıq və nə olacağını görəcəyik. Mən "Mançester Siti"nin indiki qədər əziyyət çəkdiyini xatırlamıram. Biz əla idik. Yaxşı oyun nəticə əldə etməkdir. Biz yolumuza davam etməliyik ".

Qeyd edək ki, "Liverpul" bu tur liderliyi əldən verib. 28-ci tura qədər ilk pillədə qərarlaşan Mersisayd klubu 64 xalla 2-cidir. Ötən gün "Brentford"a qalib gələn (2:1) "Arsenal" eyni xalla liderdir.  "Mançester Siti" isə 63 xalla 3-cüdür.