Martın 11-də Ermənistanın Sünik bölgəsində (Zəngəzur - red.) avtomobil qəzası baş verib.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Məlumata görə, "Nissan Pathfinder" markalı avtomobil Tatev-Ltsen avtomobil yolunun 13-cü km-də naməlum şəraitdə hərəkət zolağından çıxaraq qayaya çırpılıb.
Avtomobil Aİ-nin Ermənistandakı müşahidə missiyasına aid olub. Avtomobildə olan sürücü Avstriya vətəndaşıdır, 2 müşahidəçi isə polşalıdır.
Ağarza Elçinoğlu