İsrailin Qəzza zolağının cənubundakı Əl-Məvasidəki təxliyə zonasını kütləvi şəkildə bombalayıb.

"Unikal" xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb. 

Bildirilir ki,  hadisə nəticəsin azı 8 fələstinli həlak olub. 

2023-cü il oktyabrın 7-də Qəzza zolağından radikal HƏMAS hərəkatının yaraqlılarının girov götürülməsi ilə müşayiət olunan İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Radikallar bu hücumu İsrail hakimiyyətinin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab adlandırıblar. İsrail Qəzzanı tam mühasirəyə aldığını elan edərək, anklav və Livan və Suriyanın müəyyən bölgələrinə qarşı cavab tədbirləri görməyə başlayıb. İordan çayının qərb sahilində də toqquşmalar baş verir.