Yəməndəki “Əl-Qaidə” terror qruplaşmasının lideri Xalid Batərəfi ölüb. 

"Unikal" xəbər verir ki,  bu barədə Amerika KİV-ləri məlumat yayıb. 

Bildirilir ki, o "Əl-Qaidə"nin adı və emblemi olan bayraqla örtülmüş tabutla dəfn olunub. 40-dan çox yaşı olan Xalid Batrəfinin ölüm vaxtı və səbəbi hələlik bəlli deyil.

Qeyd olunub ki, "Əl-Qaidə" bu dəfə özünün yeni rəhbəri kimi Səəd bin Atef əl-Əvləqini adlı şəxsi seçib.

Gülayə Mecid