"Rəsmi Kiyev rejimi danışıqlara icazə vermir". 

"Unikal" xəbər verir ki,  bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. 

Belə ki, o, Roma Papası Fransiskin Ukraynanın ağ bayraq qaldırmağa cəsarət etməli olduğunu söyləyən sözlərinə münasibət bildirib.

Peskovun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin həmişə danışıqların üstünlük verilən yol olduğunu deyib.

"Lakin Kiyev rejimi danışıqlara imkan vermir ", - Kreml nümayəndəsi vurğulayıb.

Xatırladaq ki, Roma Papası Fransisk martın 9-da demişdi ki, Kiyev rejimi münaqişəni uduzduğunu etiraf etmək üçün özündə cəsarət tapmalı və danışıqlar aparmalıdır. Ukrayna prezidenti Vladimir Zelenski Papa Fransiskin sülh təşəbbüsünü rədd edərək, bunu “virtual vasitəçilik” adlandırıb.

Gülayə Mecid