Bəziləri düşünür ki, biz gedib Avropa İttifaqına daxil olmalıyıq.

"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, bunu separatçı rejimin dövlət naziri olmuş Samvel Babayan deyib. 

Erməni siyasətçinin sözlərinə görə, bunun üçün Meğridən keçən logistik yol çəkilməlidir: "Bunun bizim maraqlarıma uyğun olmadığını, mənim üçün qırmızı xətt olduğunu deyən İranın əleyhinəyik. Mən də deyirəm: 1989-cu ildə siz bizim qırmızı xəttimizi pozmusunuz, indi biz onu pozuruq. Əgər xoşu gəlmirsə, İran öz sərhədlərini açsın ki, Ermənistanın malları ilə ticarət etsin. Ermənistan Meğri vasitəsilə qazanmalı olduğunu itirir, siz bunun əvəzini verməli, bazarınızı açmalısınız".

Samvel Babayan iddia edib ki, 44 günlük müharibə zamanı Gürcüstan hətta Ermənistana xilasedici maşınlar gətirməyi də qadağan edib: "O yolu açmaqla biz Gürcüstanın da mövqeyini sıfıra endirmiş oluruq. Gürcüstanın büdcəsinin 40-45 faizi neft, qaz və digər malların tranzitindən gəlir. Meğri yolunu təmin etsək, yolun uzunluğunu 30 faiz azaldır, daha hamar yoldur. Ermənistana tranzit üçün 43 km, Gürcüstan ərazisində isə 460 km pul verilir".

O, həmçinin Ermənistanın öz mövqeyini aydınlaşdırmalı olduğunu xatırladıb: "Əgər Ermənistan Türkiyə-Ermənistan-Azərbaycan yolunu yox, Rusiya-Gürcüstan və Ermənistan-İran yolunu seçsə, o zaman Azərbaycan deyir: 4 kəndi dərhal verəcəksiniz. Daha sonra anklavlarla bağlı məsələ qaldırılacaq, gərginlik davam edəcək. İkinci variantı seçsək, avtomatik olaraq blokadada qalırıq. Bu variantla getsək, Gürcüstan da düşmənimizə çevriləcək, İran da". 

Ağarza Elçinoğlu