“Liverpul”un hücumçusu Məhəmməd Salah Misir yığmasına çağırılmayıb.
"Unikal" "The Guardian"a istinadən xəbər verir ki, o, millinin qarşıdakı oyunlarında iştirak etməyəcək.
Buna səbəb Salahın yenidən zədələnməsidir. O, buna görə Premyer Liqanın son turunda “Mançester Siti” ilə keçirilən görüşün (1:1) yalnız son 30 dəqiqəsində meydanda olub.
Qeyd ki, Misir millisi martın 22-dən 26-dək Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək yoldaşlıq turniri çərçivəsində Xorvatiya, Yeni Zelandiya və Tunislə qarşılaşacaq.